Osmanlı Şirkətlər Qrupu

Macarıstanda təhsil

Macarıstanda təhsil haqqında, Macarıstan Universitetlərinə Qəbul Prosesi, Macarıstanda Təqaüdlər, Macarıstanın Ən Məşhur Universitetləri və s. kimi mövzular sizin üçün maraqlıdır? Eləysə bu məqaləmizi ətraflı şəkildə oxuyaraq istədiyiniz məlumatları əldə edə bilərsiniz.

Macarıstan Mərkəzi Avropada dənizə çıxışı olmayan, eyni zamanda Avropa İttifaqına üzv olan dövlətdir. Ölkənin əsas dili Ural dillər ailəsinə aid olan macar dilidir.

Niyə məhz Macarıstanda təhsil?
Dünyada cinayət səviyyəsi aşağı olan ölkə olması
Macarıstanda məzun olduqdan sonra orada həm işləmək, həm də təhsil almaq imkanınız vardır 
Təhsil vizasının digər ölkələrə nisbətən daha asan əldə edilməsi 
Ölkələr arası təqaüd proqramının olması 
Avropada iş tapmaq üçün ən əlverişli ölkələrdən biri olması və s.

Macarıstan Universitetlərinə Qəbul Prosesi
Macarıstan universitetlərinə qəbul olmaq istədikdə siz ilk öncə öz ingilis dili biliklərinizi təkmilləşdirməlisiniz. İELTS sertifikatınızın olmalıdır. Əgər ingilis dil bilikləriniz zəif və ya İELTS sertifikatınız yoxdursa, Macarıstan universitetlərində 1 il əlavə təhsil almalısınız. Bu 1 il ərzində sizə dil bilikləri ilə bağlı hazırlıq kursu təşkil ediləcəkdir. 1 illik hazırlıq kursundan sonra siz yenidən imtahan verəcəksiniz. Əgər imtahan nəticələriniz uğurlu olarsa seçdiyiniz universitetdə tələbə həyatına başlaya bilərsiniz.

Macarıstanda təhsil zamanı siz bank hesabı açaraq, yaşadığınız müddət ərzində ödənişlərinizi həmin bank hesabı ilə edərək, daha sonra isə səfirliyə təqdim edib yaşam xərclərinizi göstərirsiniz.

Macarıstan universitetlərində bakalavr 3 il, magistr təhsili isə 2 ildir. Tibb universitetlərində isə dərslər 5 və 6 illik tədris edilir.

Macarıstanda Təqaüdlər
Kənd təsərrüfatı, Su idarəetməsi – 10 təqaüd
Təbiət elmləri, Davamlı inkişaf – 20 təqaüd
Turizm – 10 təqaüd
Səhiyyə elmləri – 5 təqaüd
Beynəlxalq münasibətlər – 5 yer
Mühəndislik, İnformasiya texnologiyaları, Texnologiyalar – 75 təqaüd
İqtisadiyyat, Biznes və idarəetmə elmləri – 50 təqaüd və s.

Macarıstanın Ən Məşhur Universitetləri
Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti
Corvinus Universiteti
Debrecen Universiteti
Eötvös Lorand Universiteti
Szeged Universiteti və s.