Çində Təhsil | Çin Universitetlərinə qəbul

Çində Təhsil | Çin Universitetlərinə qəbul

Çində Təhsil Haqqında
Çində Bakalavr Təhsili
Çində Magistratura Təhsili
Çində Təhsil Xərcləri
Çində Tələbə Vizası
Çin Tələbə Vizasına Müraciət üçün lazım olan sənədlər
Çin Universitetlərində İmtahan
Çində Təhsil Almağın Üstünlükləri
Çində Təhsil almaq üçün tələb olunan sənədlər
Çində təqaüd imkanları
Çin Xalq Respublikası Haqqında

Çin Xalq Respublikası ali təhsilə ən böyük sərmayə qoyan dünya ölkələrindən biridir. Məhz buna görə dünya üzrə bir çox xarici tələbələr xaricdə təhsil almaq üçün Çini üz tuturlar.

Çində Təhsil Xərcləri
Çin Universitetlərində təhsil üçün xarici tələbələrdən tələb etdiyi təhsil haqqları  universitetlərə və fakültələrə görə dəyişir. Lakin bunu qeyd edək ki, dövlət universitetlərinin təhsil haqqı özəl universitetlərdən qat-qat aşağıdır.

Çində Tələbə Vizası varmı?
Çində tələbə vizası X1 uzunmüddətli və X2 qısamüddətli tələbə vizası kimi 2 fərqli formada təqdim olunur. 

  • X1 Çin tələbə vizası Çində 180 gün və ya daha çox qalacaq və təhsil alacaq tələbələr üçün verilir.
  • X2 Çin tələbə vizası isə 6 aydan az davam edən təhsil proqramları üçündür.

Çin tələbə vizasına müraciət üçün lazım olan sənədlər bunlardır:

  • Universitetdən dəvətnamə
  • Pasport
  • Biometrik fotoşəkil və s.

Çin Universitetlərində İmtahan
Əksər ölkələrdə olduğu kimi Çində də universitetdə təhsil almaq və Çin vizası almaq üçün bəzi müvəffəqiyət imtahanları vardır. Bununla belə əcnəbi tələbələrin Çində bir universitetə daxil olmaq üçün universitetə qəbul imtahanı verməsi tələb olunmur. Üçüncü ölkə tələbləri üçün vacib olan HSK, IELTS kimi imtahan sertifikatı olmalıdır.

Çində təhsil almağın hansı üstünlükləri vardır?

  • Dünya Reytinqində ilk 1000-lik siyahıda 72 Çin universiteti var.
  • 300-dən çox universitetdə ingilis dilində təhsil almaq imkanı 
  • Təhsil və yerləşdirmə daxil olmaqla illik 2500USD-dan başlan qiymət
  • Geniş imkanlara malik dövlət universitetləri
  • Dünyanın ən böyük 2-ci iqtisadiyyatı olan və təhlükəsiz ölkəsi
  • Asan qəbul prosesləri
  • Universiteti bitirdikdən sonra işləmək imkanı

Çində təhsil almaq üçün tələb olunan sənədlər hansılardır?

Bakalavr üçün 
Attestat
Pasport
11 illik qiymət cədvəli (Attestat yoxdursa)

Magistr üçün 
Tövsiyyə məktubu
Sağlamlıq haqqında arayış
TOEFL+IETS imtahan sertifikatı
Xarici pasport

Çində təqaüd imkanları varmı?
Xarici tələbələr Çin hökümətinin təqaüd proqramlarına da müraciət etmək hüququna malikdirlər. Bu təqaüdlər üçün 243 universitetdən hər hansı birində təhsil alaraq əldə etmək mümkündür. Təqaütlər əsasən bütün yaşayış xərcləri və universitet ödənişlərini əhatə edir.