Erasmus Mübadilə Proqramı nədir və Üstünlükləri nələrdir?

Erasmus Mübadilə Proqramı nədir və Üstünlükləri nələrdir?

Erasmus Mübadilə Proqramı haqqında, Erasmus Mübadilə Proqramının məqsədi, Erasmus Mübadilə Proqramının müddəti, Erasmus Mübadilə Proqramına müraciət qaydaları, Erasmus Mübadilə Proqramı üçün lazım olan sənədlər, Elektron müraciət üçün lazım olan sənədlər, Erasmus Mübadilə Proqramına daxil olan ölkələr haqqında ətraflı məlumat üçün məqaləmizi ətraflı şəkildə oxuya bilərsiniz. 

Erasmus Mübadilə Proqramı nədir?
Erasmus Mübadilə Proqramı 1987-ci ildə Avropa Birliyi tərəfindən qurulmuş tələbə mübadilə proqramıdır.
2007-2014-cü illər arasında Avropa Birliyi tərəfindən Həyatboyu Öyrətmə, Gənclik proqramının yerinə tədbiq olunan yeni proqramdır.
Proqram həm təhsil, həm gənclik, həm də idman sahəsini əhatə edir.

Erasmus Mübadilə Proqramının məqsədi nədir?
Erasmus Mübadilə Proqramının məqsədi Gənclərin məhdud bacarıqlarını üzə çıxartmaq, gənclərin liderlik bacarıqlarına və eyni zamanda şəxsi bacarıqlarını kəşf etməsinə yardımçı olmaqdır.
Tələbələrin öz ixtisasları üzərində möhkəmlənməsi və güclənməsi bununla yanaşı müəssisələr və şirkətlərlə əməkdaşlığa təşviq etmək, gənclərin fəaliyyətini beynalxaq miqyasda genişləndirməkdir.

Erasmus Mübadilə Proqramının müddəti nə qədərdir?
Mübadilə müddəti 3 aydan (1 semestr) 12 aya (2 semestr) qədər davam edə bilər.

Erasmus Mübadilə Proqramına necə müraciət etmək olar?
Erasmus Mübadilə Proqramı vasitəsi ilə xarici universitetlərin birinə trasfer olmaq istədikdə ilk olaraq müraciət edəcəyiniz yer təhsil aldığınız universitetin Erasmus+ ofisidir. Xaricə getməyinizə kömək edəcək şəxs universitetinizin kordinatorudur.

Erasmus Mübadilə Proqramı üçün hansı sənədlər lazımdır?
Erasmus+ çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəssisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyatdan keçilməlidir. Bunun üçün tələbələr bakalavr səviyyəsinin 2-ci kursunda, 3-cü kursun ilk semestrında və ya magistratura pilləsinin 1-ci kursunda təhsil almalıdır.

Tələbələrin mübadilə proqramı üçün seçilməsi iki mərhələdə aparılır:
Elektron müraciət
Müsahibə

Elektron müraciət üçün bu sənədlər vacibdir:
- Akademik transkript
- Müraciət edilən proqramın tələb etdiyi dil sertifikatı (IELTS/TOEFL və ya SAT və s.)
- Pasportun surəti
- Motivasiya məktubu
- CV

Qəbul edən universitetdə tədris olunacaq fənlərlə təhsil aldığınız universitetdəki fənlər uyğunluq təşkil etməlidir.

Erasmus Mübadilə Proqramına hansı ölkələr daxildir?
Azərbaycan
Türkiyə
Norveç
Hollandiya
Çexiya
Belçika
Fransa
İsveç və s.

Qeyd edək ki, mübadilə proqramı ilə siz Avropa İttifaqının 28 ölkəsinin universitetlərinə transfer ola bilərsiniz.