İstanbul Universiteti haqqında hər şey
İstanbul Universiteti Türkiyənin ən böyük şəhəri İstanbulda yerləşir.
İstanbul şəhəri Türkiyənin ən məşhur, göz qamaşdıran, ən gözəl şəhəridir. İstanbul Türkiyənin iqtisadi, mədəni, tarixi şəhəridir. Şəhər həm Avropada, həmdə Asiyada yerləşən Bosfor boğazında yerləşir. 15 milyondan çox sakini olan İstanbul hər il minlərlə turistlərə ev sahibliyi edən turizm şəhəridir. Gözəlliyi, tarixi adidələrinin olması ilə yanaşı, həmdə özünəməxsus xüsusi milli mətbəxi gələn qonaqların zövqünü oxşayır: Balık ekmek, islak hamburger, Sultanahmet köftəsi, Kurufasülye və s.
İstanbul şəhərinin ən məşhur gəzməli yerləri isə bunlardır: Ayasofiya, Topkapısaray, Galatakulesi, Çemberlitaş və s.
İstanbul Universiteti
İstanbul Universitetinin 1453-cü ildə Konstantinopolu türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmed tərəfindən əsası qoyulmuşdur. 1846-cı ildə Osmanlı imperiyasında Avropa təcrübəsinə əsaslanan ilk ali təhsil qurumu olaraq yenidən formalaşdırılmışdır. 1933-cu ildən bugünkü adı ilə fəaliyyət göstərən qurum müasir Türkiyənin ilk ali təhsil müəssisəsidir.
Universitet "koimbra" qurupunun üzvüdür. 2003-cü ildə dünyanın ən nüfuslu universitetləri sırasında yüksək pilədə yer almışdır.
"Tarixdən gələcəyə" şüarı altında fəaliyyət göstərən İstanbul universitetinə hər il minlərlə xarici tələbələr daxil olur. Ən çox tələbə qəbulu olan ölkələr sırasına İsrail, Amerika, Çin, Hindistan və Azərbaycan daxildir.
Hazırda, fakültə, institut, kollec və peşə məktəbləri olmaqla, ümumən 33 akademik vahiddə və irili-xırdalı 10 kampusda bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 68.300 tələbəsi vardır.
Universitetin ən məşhur tələbələri bunlardır: Abdullah Gül, Nihad Ərim, Naim Talu, Süleyman Soylu və s.
Tərkibində 13 fakültə, 4 intitut mövcüddur.
Fakültələr:
Biznesin idarə edilməsi
Siyasi elmlər
İqtisadiyyat
Tibb
Diş həkimliyi
Əczaçılıq
Ədəbiyyat
Hüquq
İlahiyyat
Nəqliyyat və logistika
Su elmləri və s.
İnstitutlar:
Sosial elimlər
Sağlamlıq
Elmi biliklər və s.
Tələbə mübadiləsi və ikili proqramlar
İstanbul Universiteti başda Erasmus və Mövlanə tələbə mübadilə proqramları olmaqla, dünyanın bir çox ali təhsil qurumu ilə ikili müqavilələr çərçivəsində əməkdaşlıq edir. Fakültələr səviyyəsində isə Almaniya, ABŞ, Çin, Britaniya və Cənubi Koreya başda olmaqla, 15-ə yaxın ölkədə yerləşən universitet, akademiya və institutlarla qarşılıqlı maddi-texniki yadım, tələbə və müəllim mübadiləsi kimi çoxspektrli proqramlar mövcuddur.
Siz də Osmanlı Şirketler Grubu-na müraciət edərək bu universitetin bir parçası ola bilərsiniz.