Türkiyədə magistr təhsili - Xaricdə Təhsil 2022

Türkiyədə magistr təhsili - Xaricdə Təhsil 2022

Xaricdə təhsil almaq hər bir gəncin arzusudur. Son illərə nəzər salsaq görəcəyik ki, bu say günü-gündən artmaqdadır. Müasir texnologiya və avadanlıqların olması, peşəkar mütəxəssislər tərəfindən dərslərin yüksək səviyyədə tədris olunması bu arzunu daha da alovlandırır. Xarici ölkələrin sırasında Türkiyədə təhsil almaq istəyənlər daha çoxdur. Mədəniyyətimizin, dilimizin, dinimizin oxşarlığı eyni zamanda məsafənin yaxınlığı, vizasız olmağı ən əsası isə təhsilin yüksək səviyyədə olması tələbələr üçün Türkiyədə oxumaq daha əlverişlidir.

 

Qəbul şərtləri:

Türkiyədə magistr təhsili tezli və tezsiz olmaqla iki yerə ayrılır.

  1. Tezli təhsil 2 il
  2. Tezsiz isə 1 il və ya 1 il 6 aydır.

 

Türkiyədəki bir dövlət universitetində oxumaq üçün əsas şərt istədiyiniz ixtisasın bakalavr dərəcəsinin eyni olmasıdır.

Növbəti tələb bakalavr müddətində yaxşı bir GPA (ortalama bal) qazanmağınızdır. Ən azı 80 GPA varsa qəbul olmaq şansınız böyükdür. Qəbul şərtlərindən də biri bu ALES, YÖS, Tömer, Mulakat və s. imtahanları verməklə qəbul ola bilərsiniz.

 

Qəbul üçün hansı sənədlər tələb olunur:

  • Diplom və ya məzun olduğuna dair arayış
  • Transkript
  • Foto
  • Pasaport

 

Tələbələri ən çox maraqlandıran suallar bunlardır:

  • Türkiyəyə getmək üçün nə qədər yol pulu lazımdır?

Cavab: Avtobus üçün gediş haqqı 60-70 dollar (100-120 manat).

  • Türkiyədə dövlət universitetlərinin təhsil haqqı nə qədərdi?

Cavab: Dövlət universitetlərinin illik təhsil haqqı 500 ilə 2000 arasıdır.

 

Türkiyədə magistr təhsili almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.