Çukurova Universiteti haqqında hər şey

Çukurova Universiteti haqqında hər şey

Çukurova Universiteti Adana şəhər mərkəzində yerləşən dövlət universitetidir.

Çukurova şəhəri
Akdeniz bölgəsi olan Çukurova Mersin körfəzi arasında yerləşir. Şəhərin böyük bir hissəsi taxıl və kənd təsərrüfatı üçün əlverişlidir. Çukurova şəhərində 7 milyona yaxın sakin yaşayır. Eyni zamanda bölgə turistlərin ölkədə ən çox istirahət üçün seçtikləri şəhərdir.
Təbiətinin zənginliyi, havasının təmizliyi ilə hər zaman şəhər özəlliklə seçilən bölgədir. Çukurovanın özünəməxsus xüsusi mətbəxi vardır ki, gələn qonaqların damaq dadına uyğundur.
Xüsusi ilə hər menyuda olmazsa olmaz kababları, şalqamı ilə məşhurdur.
Şəhərin ən çox gəzməli yerləri bunlardır ki, Çukurovaya gəldinsə mütləq şəkildə buraları ziyarət etməlisən: "Sevgi adası, Karadeniz Ormanı, sinema muzeyi" və s.
Çukurova Universiteti, qısa adı ilə ÇU Adana şəhər mərkəzinə 15 km uzaqlıqda, Seyhan gölünün yaxınlığında yerləşir. Universitetin təməli 5 yanvar 1971-ci ildə Türkiyənin sabiq prezidenti Süleyman Demirelin hakimiyyət ilində qoyulmuşdur. Buna baxmayaraq universitet "Atatürk Universiteti"nin tərkibində qurulmuş dövlət universiteti idi. Zaman keçdikcə böyüyən təhsil ocağı 1973-cü ildə ayrılaraq müstəqil şəkildə yenidən qurulmuş və fəaliyyət göstərmişdir. Türkiyənin ən köklü universiteti olan Çukurova "US News, world Report" adlı veb sisteminin hazırladığı 2020-ci ilin (Best Global UniversitiesRanking) ən yaxşı dünya universitetlər sırasında 815-ci yerdə, Türkiyədə isə ən yaxşı universitetlər sırasında 11-ci yerdə qərarlaşmışdı.
Təhsil ocağının tərkibində 14 fakültə, 4 institut fəaliyyət göstərir.
Fakültələr:
Tibb
Əzcaçılıq
Memarlıq
İnşaat
Elmi ədəbiyyat
Ziraat
İlahiyyat
Hüquq
İncəsənət və s.

İnstitutlar:
Sağlamlıq 
Sosial
Elmi biliklər və s.

Sizdə Osmanlı Şirketler Grubu-na müraciət edərək bu universitetin bir parçası ola bilərsiniz.