Koç Universiteti haqqında hər şey
Koç Universiteti (Qoç Universiteti) İstanbul şəhərində yerləşən özəl universitetdir.
İstanbul şəhəri Türkiyənin şimal qərbində, Marmara dənizinin sahilində yerləşir. Ölkənin ən böyük şəhərlərindən biridir. İstanbul dünyanın ən qədim şəhərləri sırasında yer alır. Əvvəllər Konstantinopol kimi tanınan İstanbul ölkənin mədəni, iqtisadi, tarixi şəhəridir. Şəhər iqtisadi gəlir nisbətində dünyada 34-cü bölgədir. Nüfusuna görə şəhərlər sırasında Avropada 1-ci, dünyada isə 6-cı sırada yer alır. İstanbulda dünyanın hər bir ölkəsindən əcnəbi vətəndaşlığı olan şəxslər yaşayır.
Koç Universiteti 1993-cü ildə İstanbulda tədrisə başlamış özəl universitetdir. SAT, İB kimi imtahanlar nəticəsilə xarici tələbələrin bu universitetdə təhsil alma imkanları vardır. Fəaliyyətində 400 akademik müəllim heyəti və təxminən 69000 tələbə mövcuddur.
"Times higher Education"ın 2015-ci ildə yayınlanan 50 yaş altı ən yaxşı universitetlər sırasında 51-ci sırada yer almışdır.
Universitetin tərkibində laborotoriyalar, yataqxana, kitabxana, sosial obyektlər, tibb mərkəzləri vardır.
Xarici tələbələrin yerləşdirilməsi qızlar və oğlanlar üçün xüsusi yataqxanalar mövcuddur. Koç Universitetini bitirən hər bir tələbə bitirdiyi ildə də işlə təmin olunur. Məzunlarımız Harvard, Stanford kimi tanınmış universitetlərdə təhsillərini davam edirlər.
Koç Universitetinin tərkibində 14 fakültə, 4 institut mövcuddur.
Fakültələr:
Ekonomiya
İqtisadiyyat
Elmi biliklər
Ədəbiyyat
Fəlsəfə
Sosiologiya
Tarix
Mühəndislik
Fizika
Kimya
Riyaziyyat və s.
İnstitutlar:
Elmi biliklər
Sosial biliklər
Biznes idarəetmə və s.