Sivas Cumhuriyet Universiteti haqqında hər şey
Sivas Cumhuriyyet Universiteti Sivas şəhərinin mərkəzində yerləşir.
Sivas şəhəri:
İç Anadolu bölgəsi olan Sivas hər qarış torpağı tarix qoxan, tarixi neolit dövrünə qədər uzanır. Sivas şəhəri tarixi məkan olmaqla yanaşı eyni zamanda ipək yolu üzərində olduğu üçün həm də ticarət bölgəsidir. Ölkədə Konya şəhərindən sonra Səlçuq türklərinin izi olan 2-ci şəhərdir. Sivas dedikdə ağıla ilk Sivas kanqalı adlı it cinsi gəlir ki, bu it gücü ilə bir çox vəhşi heyvanlara güc gəlir. Sivas 3 vadi arasında yer alan dağlıq bölgədir. Hər il dünyanın bir çox ölkələrindən gələn turistlərə ev sahibliyi edir.
Sivas Cumhuriyet Universiteti :
Keçmiş adı ilə Cumhuriyet Universiteti Türkiyə Cumhuriyətinin qurulmasının 50-ci il dönümündə 9 fevral 1974-cü ildə qanunun 1788-ci maddəsinə əsasən əsası qoyulmuş dövlət universitetidir. "Gelenekten Geleceye" şüarı altında fəaliyyət göstərən universitet şəhərin mərkəzindən 5 km uzaqlıqda yerləşir. Tələbələrin dərsə vaxrında çatması üçün bələdiyyə avtobusları bələdiyyə tərəfindən ayrılmışdır. Bünövrəsi 9-cu əsrdə qoyulmasına baxmayaraq təhsil ocağı öz məşhurluğunu bu gün də qorumaqdadır. Universitetin daxilində kitabxana, kafe, restoran, tibb otağı, idman zalı vardır.
Tərkibində 14 fakültə, 4 institut, 5 kollec yer alır.
Fakültələr:
Tibb
Baytarlıq
Hüquq
Diş həkimliyi
İqtisadiyyat
Memarlıq
Mühəndislik
Elmi biliklər
Ədəbiyyat
Pisixologiya və s.
İnstitutlar:
Elmi biliklər
Sağlamlıq
Sosial biliklər və s.


