Mersin Universiteti haqqında hər şey
Mersin şəhəri:
Türkiyənin güneyində Akdeniz bölgəsi olan Mersin dənizin sahilində yerləşir. Ankara və Antaliyadan sonra öklənin 3-cü böyük şəhəri olmasına baxmayaraq eyni zamanda Türkiyənin ən böyük 8-ci şəhəridir. Şəhərin tarixi pololit dövrünə qədər uzanan qədim şəhər olan Mersinin adı qaynaqlarda hər zaman Səlçuqlularla bir çəkilir. Mersin ticarət şəhəridir və Türkiyənin ən böyük iqtisadi gəlir gətirən şəhərləri arasında 3-cü pillədə yer alır. Şəhər Akdeniz dənizi sahilində böyük bir liman şəhəridir. Mersin dəniz şəhəri olmasına baxmayaraq yay fəslində isti nəm, qışda isə yağıntılı olur. Eyni zamanda ölkənin ən isti bölgəsidir.
Mersin Universiteti:
Qısa adı MEÜ-dür. 3 iyul 1992-ci ildə əsası qoyulmuş dövlət universitetidir. Təhsil ocağının şüarı "Bilimin ve çağdaşın işığında bir dünya universiteti"-dir.
Təxminən 39,000 tələbə, 1.813 akademik heyətə və bir sıra xarici qonaq akademik heyəti olan beynalxaq universitetdir. Günümüzdə əcnəbi tələbələrin ən çox üz tutduğu təhsil ocaqları sırasında yüksək pillədə yer alır. Tərkibində 12 fakültə, 5 institut, 3 dekanlıq yerləşir.
Fakültələr:
Tibb bacısı
Əzcaçılıq
Memarlıq
İncəsənət
İqtisadiyyatın idarə edilməsi
Mühəndislik
Elektirik Mühəndisliyi
Elmi ədəbiyyat
Tibb
Turizm və s.
İnstitutlar:
Elmi biliklər
Sosial biliklər
İncəsənət
Sağlamlıq bilikləri və s.


