Abdullahgül Universiteti haqqında hər şey
Kayseri şəhəri:
Kayseri İç Anadolunun Güney bölgəsində Toros dağlarının ətəklərində yerləşir. Türkiyənin ən çox sakini olan 15-ci şəhəridir. Dünyanın ən qədim şəhəri olan Kayserinin köhnə adı Kaisereia adlanırdı. Şəhər böyük ipək yolu üzərində yerləşir və eyni zamanda Türkiyənin Cumhuriyyət elan olunduğu andan bugünə ən böyük sənaye şəhəridir. Kayseri el arasında karxana şəhəri adlanır. Səbəbi isə budur ki, şəhərdə maddənlər çoxluq təşkil edir. Şəhərin yüksək səviyyədə inkişaf etməsinin səbəbi tərkibində zavodların, fabriklərin çox olmasıdır.
Abullahgül Universiteti:
21 iyul 2010-cu ildə Kayseri şəhərində sənaye xeyriyəçiləri tərəfindən konstitusiyanın 6005-ci maddəsinə əsasən əsası qoyulmuş dövlət universitetidir. Türkiyə ilə yanaşı bir çox tanınmış ölkələrdə uğurlar qazanmış təhsil ocağıdır. Qısa adı AGÜ-dür. Kayserinin öndə gələn sənayeçiləri tərəfindən dəstəklənən universitetə qəbul olan tələbələrin ən çox verdikləri sual budur ki, xeyriyəçilər tərəfindən məvacibi qarşılanırsa qəbul olan tələbələr təhsil haqqından azaddırlarmı?
Universetin rektorluğundan söylənilən fikirə əsasən deyə bilərik ki,universitetimizdə ödənişsiz yalnız T.C. vətəndaşları təhsil ala bilər.
Təhsil ocağında 11 fakültə, 4 istitut, 3 rektorluq fəaliyyət göstərir.
Fakültələr:
Mühəndislik
Elektrik Mühəndisliyi
İnşaat Mühəndisliyi
Memarlıq
Ekonomiya
Siyasi biliklər
Pisixologiya
İqtisadiyyatın idarə edilməsi
Bio Mühəndisliyi və s.
İnstitutlar:
Sosial biliklər
Elmi biliklər
DYM və s.


