İsparta Süleyman Demirel Universiteti haqqında hər şey
İsparta şəhəri:
Akdeniz bölgəsinin quzeyində göllər şəhəri adlanan İsparta şəhəri yerləşir. Özəlliklə şəhərdə gül bitki sənayesi və kənd təsərrüfatı ilə gəlir gətirir. Dünyanın gül yağı istehsalının 65 faizi Türkiyənin İsparta şəhərində istehsal olunur. Şəhərdə gül bağçaları və Lavanta bağçaları yerləşməsi turistləri daha da özünə cəlb edir. Qədim tarixə malik olan İspartanın tarixi pololit dövrünə qədər uzanır. Uzaq keçmişdə İsparta şəhəri yunanların tabeliyində idi. Yunanlar bu şəhəri İsborid adlandırırdılar, lakin çox keçmədən Osmanlılar 1204-cü ildə şəhəri tutaraq öz torpaqlarına qatır. Gözəl gül baxçaları ilə yanaşı şəhərdə qədim və nəhəng mağaralar yerləşir.
İsparta Süleyman Demirel Universiteti:
Qısa adı ilə (SDÜ) 11 may 1992-ci ildə konstitusiyanın 3837-ci maddəsinə əsasən əsası qoyulmuş dövlət universitetidir.
Bu universitetdə Türkiyənin 9-cu sabiq prezidenti Süleyman Dəmirəlin adı verilmişdir. Təhsil ocağının şüarı "Bir araştırma universiteti" başlığı altında fəaliyyət göstərir. Süleyman Demirel Universiteti Türkiyənin ən tanınmış, hər zaman təhsili ilə ön pillələrdə dayanan universitetdir. Təhsil ocağının tərkibində 18 fakültə, 6 araşdırma institutu, 35 kafedra fəaliyyət göstərir. Gənc və dinamik işçiləri ilə böyük elmi nəaliyyətlər əldə etmiş, eyni zamanda bir çox qabaqcıl ölkələrdə tanınan təhsil ocağıdır.
Fakültələr:
Diş həkimliyi
Əzcaçılıq
Elmi Ədəbiyyat
İncəsənət
Memarlıq
İqtisadiyyat
Mühəndislik
Hüquq
İlahiyyat
Sağlamlıq
İdman
Texnik
Tibb və s.
İnstitutlar:
Elmi biliklər
İncəsənət bilikləri
Sağlamlıq bilikləri
Sosial biliklər və s.
Sizdə Osmanlı Şirketler Grubu-na müraciət edərək bu universitetin bir parçası ola bilərsiniz.