Bilecik Şeyh Edebali Universiteti haqqında hər şey
Bilecik şəhəri:
Türkiyənin Marmara bölgəsinin ən məşhur şəhərlərindən biridir. Cümhuriyyət qurulduqdan bu günümüzə qədər şəhər öz fəaliyyətini göstərir. Bilecik Marmara, Qaradəniz, İç Anadolu və Ege dənizinin kəsişdiyi nöqtədə yer alır. Bölgədə çox zəngin mərmər şaxtalar vardır. Şəhərin mərkəzində "Şeyx Edebail Türbesi" türbəsi məşhurdur.
Tarixi, eyni zamanda gözəlliyi ilə şəhər turistləri özünə cəlb edir. Türkiyənin ən çox meşə örtüyü bu şəhərdə yer alır. Bilecik şəhəri Ankara və İstanbul şəhərinə 2 saatlıq məsafədə yerləşir.
Bilecik Şeyh Edebali Universiteti haqqında:
Bilecik Şeyh Edebali Universiteti 2007-ci ildə əsası qoyulmuş dövlət universitetidir. Təhsil ocağı ölkə universitetləri sırasında 100-cü pillədə dayanır. Universitetin tabeliyində tələbələr üçün ucuz və sərfəli qiymətə yataqxanalar mövcüddur. Təhsil ocağında eyni zamanda inkiluziv təhsil sistemi mövcuddur ki, fiziki məhdudiyyətli tələbələrin oxuması üçün hər bir şəraət vardır.
Tələbə mübadilə proqramları bunlardır: "Erasmus, Mövlana, Farabi".
Təhsil ocağının daxilində 9 fakültə, 5 institut mövcuddur.
Fakültələr:
Tibb
Diş həkimliyi
Mühəndislik
Elektrik mühəndisliyi
Kimya mühəndisliyi
İnşaat mühəndisliyi
İqtisadiyyatın idarə edilməsi
Maliyyə və s.
İnstitutlar:
Arxeoloji
Kompüter mühəndisliyi
Proqramlaşdırma və s.
Sizdə Osmanlı Şirketler Grubu-na müraciət edərək bu universitetin bir parçası ola bilərsiniz.


