Qaziantep Universiteti haqqında hər şey
Qaziantep şəhəri haqqında:
Qaziantep şəhəri Xalq deyimi ilə köhnə adı Antepdir. Türkiyənin ən məşhur şəhərləri sırasında Qaziantep 9-cu pillədə yer almaqdadır. Güney Anadolu bölgəsinin ən önəmli şəhərlərindən biridir. Təhsil, ticarət, sənaye bölgəsidir. Şəhərin daxilində şirin sulu göllər çoxluq təşkil edir. Sənaye şəhəri olan Qaziantep zeytunu, antepfıstığı, meyvəsi, tərəvəzi ilə bol olan şəhərdir.
Qaziantep Universiteti haqqında:
1973-cü ildə əsası qoyulmuş dövlət universitetidir. Təhsil obyektində tələbələrə dərslər türk və ingilis dilində keçrilir. Yalnız memarlıq, mühəndislik fakültəsində dərslər ingilis dilində tədris olunur. Universitetdə 19 fakültə, 5 institut mövcuddur.
Fakültələri:
İqtisadiyyat
Fən bilikləri
Hüquq
İlahiyyat
Mühəndislik
Tibb
Aviasiya və kosmos mühəndisliyi
Turizm
İdman və s.
İnstitutları:
Sağlamlıq bilikləri
Sosial biliklər
Təhsil bilikləri
Diş həkimi bilikləri və s.
Universitetin yataqxanaları haqqında:
Universitetə şəhər daxili və ya şəhər xaricindən təhsil almaq üçün gələn hər bir tələbə üçün yataqxanalar və sığınacaqlar tikilmişdir. Yataqxanalar universitetin ətraf ərazilərində yer almaqdadır. Həmçinin şəhərdə qız və oğlan üçün ayrı yataqxanalar mövcuddur.
Sizdə Osmanlı Şirketler Grubu-na müraciət edərək bu universitetin bir parçası ola bilərsiniz.


