Türkiyədə Təhsil Almaq Üçün Lazım Olan Sənədlər

Türkiyədə Təhsil Almaq Üçün Lazım Olan Sənədlər

Türkiye Dövlət Universitetlərinə Qəbul Üçün Lazımi Sənədlər


Bakalavr təhsili üçün aşağıdakı sənədləri toplayıb bizə müraciət edə bilərsiniz.

Attestat və ya Arayış:

Bir çox orta təhsil qurumlarında və ya məktəblərdə diplom (attestat) zamanında verilmədiyinə görə tələbələrimizin son kursda (sinifdə) oxuduğuna dair sənəd gətirmələri kifayətdir.
Transcript:

Oxuduğunuz təhsil müddətində bütün dərslərinizin qiymətlərini və not ortalamasını göstərən bir sənəddir. Bu sənəd məktəbinizdəki məsul şəxs tərəfindən göstərdiyimiz formatda doldurulmalı və şirkətimizə təqdim olunmalıdır. Sənəd türk dili və ya ingilis şriftləri ilə doldurulmalıdır. Sənəd tamamilə komputer vasitəsilə doldurulmalı, print edilməli və sadəcə məktəb direktoru tərəfindən möhürlənib imzalanmalıdır.

Xarici Pasport: 
Sənəd turk dilinə tərcümə təsdiq edilməlidir. Əgər pasportunuz hələ yoxdursa şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərsiniz. Unutmayın ki qeydiyyata gedərkən sizdən pasport tələb olunacaq.

İmtahan: 
YOS, TYS, TOEFL, SAT kimi imtahan nəticələri müvafiq proqramlara uyğun olaraq tələb olunur.

Fotoşəkil: 
4 ədə 3×4, 4 ədəd 4.5×6 formatda şəkil təqdim etməlisiniz.

Etibarnamə:
Əgər tələbənin yaşı 18dən aşağıdırsa hər iki valideyn tərəfindən imzalı şəkildə etibarnamə təqdim edilməlidir

Sponsorluq Kağızı: 
(Hər hansısa bir şəxs oxuyacağınız müddət ərzində bütün təhsil xərclərinizi qarşılayacağına dair notariusda ərizə verməlidir, bu, ata, ana və ya başqa bir şəxs ola bilər. Bu sənəd bəzi hallarda lazım olur,ehtiyac olsa mütəxəsislərimiz sizə bildirəcəklər)

Denklik Belgesi: 
Attestatınızı Bakı Türkiye Eğitim Müşavirliyinə təqdim etməklə əldə edə bilərsiz. (Ünvan: Əlibey Hüseynzadə Küç. 77, Nizami met. yaxınlığı)
Və bütün bu sənədlərin türkçə tərcümə və təsdiqləri

Tərcümə Asan xidmətdə təsdiq olunur, daha sonra Bakıda Eyitim Müşavirliyində, Türk Anadolu liseyində təsdiq olunur.
Əgər tələbə 18 yaşın altındadırsa, Doğum haqqındakı Şəhadətnaməsinin türkçə tərcümə və təsdiqini Asan xidmətdə APOSTİL elətdirilməsi lazım olcaqdır.