Magistr təhsilinə Türkiyədə davam et

Magistr təhsilinə Türkiyədə davam et

Türkiyədə magistr təhsili tələbələr üçün yeni karyera imkanları, fərqli ölkələrdən olan dostlar qazanmaq şansı yaradır. Türkiyədə magistr təhsili planlayan dostlarımız hansı məlumatları bilməlidir?

Türkiyə Avropa ölkələri ilə müqayisədə sizin üçün ən sərfəli tələbəlik illəri vəd edir. Burada illik təhsil haqqları və yaşayış xərcləri olduqca münasibdir. Eyni zamanda təhsil haqqlarını ildə iki dəfə yarı-yarı ödəmək imkanları da yaradılır. 

Turkiyede magistr tezisli və tezizsiz olmaqla iki yerə ayrılır. Tezisli magistr proqramı elmi tədqiqatlara istiqamətlənir. Əgər akademik səviyyədə irəliləməyi planlayırsınızsa eyni zamanda magistratura üçün ödəniş etmək istəmirsinizsə tezisli proqramları seçə bilərsiniz. Təhsil müddəti iki ildir. Dissertasiya ilə magistr təhsili almağı planlayanlar üçün isə ALES imtahanlarından uğurla keçmək tələb olunur. 

Tezissiz magistr proqramı ixtisasınız və ya digər sahələr üzrə sahib olduğunuz bilik və bacarıqları praktikada tətbiq etməyi hədəfləyir. Bu proqramın müddəti iki və ya üç semestrdir. Tezisli magistr proqramından fərqli olaraq, tezissiz magistr proqramında ALES tələb olunmur. Arzuladığınız bütün universitetlərə bakalavr nəticələrinizlə müraciət edə bilərsiniz. 

ALES balı Türkiyədə, xüsusilə tezisli magistr proqramları üçün tələb olunur. Tezissiz magistratura pilləsində isə ALES ümumiyyətlə tələb olunmur. Bu imtahanda ümumilikdə analitik düşüncəni qiymətləndirmək üçün nəzərdə tutulan suallar ünvanlanır. İmtahanın müddəti 150 dəqiqədir. Əldə olunan sertifikatın etibarlılıq müddəti 5 ildir. İmtahanda riyaziyyat, həndəsə, ədədi məntiq, türkcə, məntiqi düşünmə (şifahi məntiq) sahələri üzrə suallar yer alır. ALES imtahan nəticəsi tələb olunan universitetlər üçün balınızın 70-dən yüksək olması üstünlükdür.

Etdiyiniz seçimlərə uyğun Türkiyədə magistr təhsili ödənişli və ya ödənişsiz ola bilər. Belə ki, dövlət universitetlərində dissertasiya işi ilə magistr dərəcəsini qazandığınız halda ödənişsiz təhsil almaq şansınız yaranır. Vəqf universitetləri və tezissiz magistr dərəcəsi isə ödənişlidir. İllik təhsil haqqları universitetlərə görə dəyişir. 

Təhsil haqqları tədris türk dilində olan universitetlər üçün illik 300 – 600 dollar, tədris ingilis dilində olan universitetlərdə illik 600 – 900 dollar, vəqf universitetlərində isə

5,000 – 20,000 dollar arasında dəyişir.

Türkiyədə magistr təhsili üçün hansı sənədlər tələb olunur?

  • Bakalavr diplomu və onun tərcüməsi (türk və ya ingilis)
  • Transkript (İngilis və ya Türk)
  • Yenilənmiş CV Sənədi
  • Niyyət məktubu
  • Tövsiyə məktubları
  • Dil bilik sertifikatı 
  • Lisansüstü qəbul imtahan nəticəsi (ALES)

Bursla Türkiyədə magistr təhsili almaq mümkündürmü?

Qardaş ölkənin ali təhsil ocaqları azərbaycanlı tələbələr üçün bir çox təqaüd imkanları təqdim edir. Onlar içərisində ən məşhuru yanvar-fevral aylarında qeydiyyatı başlayan Türkiyə burslarıdır. Eyni zamanda Erasmus proqramı ilə də burslardan yararlanmaq mümkündür. 

Bundan başqa TÜBİTAK təqaüdləri də vardır ki, aşağıdakı proqramlarda iştirak edən beynəlxalq tələbələrin təhsilini maliyyələşdirir:

  • Beynəlxalq tələbələr üçün bakalavr təqaüd proqramı
  • Əcnəbilər üçün tədqiqat təqaüdü
  • Az inkişaf etmiş ölkələr üçün magistr təqaüd proqramı
  • Beynəlxalq tələbələr üçün magistr təqaüd proqramı