Türkiyədə qiyabi təhsil

Türkiyədə qiyabi təhsil

Gələcəyi üçün çalışan hər bir insan ilk təhsilini ən yaxşı yerdə almaq üçün çalışır. Və istədiyi ixtisasın peşəkarı olmaq üçün çalışır. Ancaq bəzən abitureyntlərin imtahana stersi səbəbi ilə istəkdikləri nəticəni əldə edə bilmirlər. Lakin hazırda tələbə olmaq düşündükləri kimi çətin deyil. Onlar sadəcə tək atestatla imtahansız xaricdə yerləşən dövlət universistetlərin birində asanlıqla tələbə adını qazana bilərlər. Sizin istədiyiniz ixtisas üzrə həm əyani həm qiyabi, həm də distant təhsil formasını seçmə şansınız var.

 

Qiyabi təhsil almaq istəyən tələbələrin bir çoxu hazırda Türkiyəni seçir. Türkiyənin  təhsil sisteminin yüksək olması tələbələr üçün gələcək həyatlarında əlverişli şərait yaratdığı üçün Azərbaycandan oraya gedən abitiruyentlər həddindən artıq çoxdur. Xarici tələbələr Türkiyədə türk qonaqpərvərliyinin şahidi olur. Bu ölkədə insanın rəngi, dili, etnik mənşəyi, geyim-keçiminə əsla qarışılmır, yəni bu baxımdan da rahatsınız. Hazırda Türkiyədə qiyabi təhsil verən 3 dövlət universiteti var:

 

İstanbul universiteti –  İstanbul Universiteti şəhərin Fateh rayonunun Sarayburnu qəsəbəsində yerləşir. 1321-ci ildə Bizansın paytaxtı Konstantinopolda, indiki İstanbulda Tibb, Hüquq, Ədəbiyyat və Fəlsəfə fənlərini keçən bir təhsil qurumu – universitet yaradılmışdı. 1453-cü ildə Konstantinopolun türklər tərəfindən fəthindən sonra buranın fəaliyyəti bir müddət dayandırılır, Fateh Sultan Mehmetin əmrilə mədrəsələr tikilməyə başlandı. 17 il sonra (1470) Fateh məscidinin yanında hazır olan Sahnı Seman mədrəsəsi fəaliyyət göstərir. İndiki İstanbul Universitetinin monumental qapısı da o dövrdə Fateh Sultan tərəfindən düzəltdirilib. İstanbul Universiteti Osmanlı imperatorluğu dövründə ilk Avropa tipli universitet olaraq Darülfünun adı ilə fəaliyyət göstərib. Amma universitetin bu günkü halı 1933-cü ilə - Türkiyə Cümhuriyyəti dövrünə aiddir. Həmin il Atatürkün himayəsiylə diqqət artırılan İstanbul Universiteti Türkiyənin ilk və tək universiteti olaraq fəaliyyətini davam etdirir. Avropada Hitler zülmündən qaçan nə qədər professor İkinci Dünya Müharibəsi dövründə Türkiyəyə gələrək İstanbul Univeristetində çalışıb və vəzifə sahibi olub. İstanbul Universiteti 2011-ci ildə dünyanın ən yaxşı 500 universiteti arasında Türkiyədən olan tək universitetdir. Asiya-Sakit okean bölgəsinin isə ən yaxşı 100 universiteti sırasındadır. Universitetdə hər il 88 min magistr, bakalavr və aspirant təhsil alır, 12 mindən çox müəllimi var. İstanbul Universitesində günorta fasiləsi zamanı Ayasofya və Sultan Əhməd məscidinə piyada on dəqiqəyə çatmaqla istirahət edə bilərsiniz.

 

  • Coğrafiya
  • Uşaq inkişafı
  • Fəlsəfə
  • İqtisadiyyat
  • İnsan resurslarının idarə edilməsi
  • Əməyin mühafizəsi və təhlükəsizliyi
  • Politologiya və beynəlxalq münasibətlər
  • Siyasi elm və dövlət idarəçiliyi
  • Sosiologiya
  • Beynəlxalq ticarət və logistika
  • Jurnalistika
  • İctimaiyyətlə əlaqələr və təşviq
  • Biznes
  • İdarəetmə informasiya sistemləri
  • Tarix Məşq və idman elmləri

 

Atatürk universiteti - Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk  1 noyabr 1937-ci ildə Türkiyə Böyük Millət Məclisindəki nitqində Şərqi Anadoluda böyük bir universitetin qurulmasının lazım olduğunu ifadə etmiş, bu yöndə işlərin başlanmasına təlimat vermişdir.

Atatürkün ölümündən sonra bu işlərə 12 il ara verilmiş və 1950-ci ildə yenidən gündəmə gətirilmişdir. 1951-ci ildə yaradılan komissiya Şərq Universitetinin Ərzurumda olmasına qərar verdi. 1954-cü ildə çıxarılan 6373 nömrəli qanunla da universitetin adı "Atatürk" qoyuldu. Həmin il Amerika Birləşmiş Ştatlarının USAİD təşkilatı vasitəsilə Atatürk Universiteti ilə Nebraska Universiteti arasında işbirliyi qurulmuşdur. Beləliklə, Atatürk Universitetinin gənc müəllim heyəti Nebraska Universitetinin texniki və akademik araşdırmaları təcrübəsindən yararlanmışlar. İlk olaraq universitetdə əkinçilik, dil-ədəbiyyat, mühəndislik və memarlıq fakültələri var idi. Hazırda isə Atatürk Universitetində 17 fakültə, 5 yüksək məktəb, 15 peşə məktəbi, 6 institut və 16 araşdırma mərkəzi var.

 

  • İqtisadiyyat
  • Dövlət idarəçiliyi
  • Reklam
  • İctimaiyyətlə əlaqələr
  • Tibb işinin təşkili
  • Sosiologiya

 

Anadolu universiteti - əsası 1958-ci ildə qurulan Əskişəhər İqtisadiyyat və Ticarət Elmləri Akademiyası təşkil edir. 1982-ci ildə Anadolu Universitetinə çevrilən qurumumuz qısa müddətdə təkcə ölkəmizdə deyil, dünyanın ən böyük universitetləri arasında müasir, dinamik və innovativ bir universitet kimi yerini tutdu. Elm, mədəniyyət və gənclik şəhəri kimi xarakterizə edilən Əskişəhərin mərkəzində yerləşən kampusda 3-ü açıq və distant təhsil verən 12 fakültə, 3-ü ali məktəb, 1-i Dövlət Konservatoriyası, 3-ü Peşə Məktəbi var. , 2 İnstitutu (Əlillər üzrə Ali Təhsil və Tədqiqat İnstitutu) və 25 Tədqiqat Mərkəzi. Anadolu Universiteti bir çox ilklərə imza atmış bir universitetdir. Bu ilklərdən ən əsası distant təhsil sisteminin tətbiqinin uğurudur. Bu gün distant təhsil verən üç fakültədə tələbələrin ümumi sayı 2 milyondan çoxdur. Bu sistemin inkişafında göstərilən uğur müxtəlif ölkələrin bir çox qurumları üçün nümunədir. Anadolu Universiteti hər biri öz sahəsində ən yaxşı olmağa çalışan və bütün vaxtını tələbələri ilə bölüşən geniş professor-müəllim heyəti ilə, təchiz olunmuş bölmələrində tələbələrini yaradıcı və dinamik təhsil mühitlərində gələcəyin ən yaxşısı kimi hazırlamaq üçün çalışır.

 

  • Biznesin təşkili və idarə edilməsi
  • Beynelxalq Münasibətlər
  • İdarəetmə və İnformasiya Sistemləri
  • Beynəlxalq münasibətlər
  • İctimaiyyətlə əlaqələr və Reklamçılıq
  • Otel İşinin Təşkili və İdarə edilməsi
  • Dövlət İdarəçiliyi
  • İqtisadiyyat

 

 

Sizdə sadəcə Attestat’la, Bakalavr Diplomu ilə və eləcə də Magistratura diplomu ilə Türkiyənin ən prestijli üniversitetlərində imtahansız şəkildə Bakalavr+Magistr+PHD təhsili almaq istəyirsinizsə Osmanlı Şirkətlər Qrupuna müraciət edəbilərsiniz.

050 981 15 45

050 858 01 00

050 807 57 37

Telefon nömrələrimizlə əlaqə saxlayabilərsiniz.