Atatürk universitetindəki qiyabi ixtisaslar

Atatürk universitetindəki qiyabi ixtisaslar

Qiyabi təhsil tələbələrin daha çox seçdiyi və üstünlük verdiyi təhsil növüdür. Bu təhsilin üstünlüyü ondadır ki, tələbələr ancaq imtahan sessiyası olduğu zaman universitetə getməli olurlar və digər vaxtlarda öz ölkəsində qala və ya təhsil aldıqları ölkədə işləyə bilərlər. Ölkəmizlə Türkiyə arasında məsafəmiz az olsa da tələbələr Türkiyədə qiyabi təhsil almağı daha çox istəyirlər. Bizim tələbələrin ən çox üstünlük verdiyi universitetlərdən biri – Türkiyənin ən böyük, məşhur universitetlərindən olan Atatürk universitetidir. Atatürk universiteti Türkiyənin ən qədim, 7- ci universitetidir. Universitetin 1957-ci ildə yaradılıb. Atatürk universiteti Türkiyənin Ərzurum şəhərində yerləşir. 23 fakültə, 8 institut, 1 kollec, 1 dövlət konservatoriyası, 12 peşə məktəbi, 25 tədqiqat və tətbiq mərkəzindən ibarətdir. Universitetə qəbul olmaq üçün Ankara, İstanbul, Qara dəniz bölgəsindəki şəhərlərdə də imtahan vermək mümkündür. Azərbaycanlı tələbələr Azərbaycanda da universitetlərə imtahan verə bilərlər.

Qiyabi təhsillə oxuya biləcəyiniz ixtisaslar

·   Biznes işinin idarəsi

  • Dövlət idarəçiliyi
  •  Reklam
  •  İctimaiyyətlə əlaqələr
  •  Tibb işinin təşkili
  •  Sosiologiya
  •  Tarix
  •  Qrafik dizayner
  •   İdman

 

 

 

Türkiyənin ən prestijli universitetlərindən olan “Atatürk” universitetində heç bir imtahan vermədən yalnız attestatla təhsil ala bilərsiniz. Qiyabi təhsil zamanı ildə iki dəfə, 6 aydan bir universitetə getmək kifayətdir. Yəni, yalnız imtahan sessiyalarında getmək lazımdır. Universitetə hər dəfə getdikdə 3 gün qalmaq bəs edir. İmtahanlar ildə 2 dəfə Türkiyə də, 2 dəfə Azərbaycanda – Bakıda keçirilir. Əgər Türkiyədə keçirilən imtahanlarda uğur qazana bilməsəniz Azərbaycanda keçirilən imtahanlara qatıla bilərsiniz. İmtahanlar Türkiyənin İzmir. Ankara İstanbul və digər şəhərlərində keçirilir.

 

Bu universitetdə qiyabi təhsilin qiymətləri necədir?

Təhsil haqqını ildə iki yerə bölüb – yəni 6 aydan bir ödəyə bilərsiniz. Əgər təhsil haqqı sizin üçün yüksəkdirsə və üstəlik yaşayış haqqı ödəmək istəmirsinizsə, bu zaman siz təhsil proqramlarına qoşularaq təqaüd qazana bilərsiniz. Bu zaman universitetdə təhsil haqqından azad olursunuz. Universitetə qəbul olduqdan sonra ilk səfərinizdə heç bir imtahanda iştirak etməyəcəksiniz. Sadəcə sənədləri təqdim edib, təhsil haqqını ödəyirsiniz. Əgər ilk dəfə özünüz getmək istəməsəniz və ya buna vaxtınız olmasa, etibarnamə ilə sizi başqa adam əvəz edə bilər və bu əməliyyatı yerinə yetirə bilər. Əgər bu da mümkün olmasa hər hansısa xaricdə təhsil şirkətin nümayəndəsi ilk prosedurları sizin əvəzinizə edə bilər. Türkiyədə qiyabi təhsil müddəti 4 il davam edir. Onlayn təhsil zamanı universitet bütün vəsaitlərlə pulsuz təmin edir. Qiyabi təhsil alan tələbələrə hərbi möhlət hüququ verilmir. Hərbi möhlət hüququ yalnız əyani oxuyan tələbələrə şamil olunur. Qiyabi təhsil zamanı attestat qiymətlərinizə ehtiyac yoxdur. Tələbələrə yaş limiti qoyulmur.

 

 

İngiltərədə tələbələr həftədə 20 saat işləyə bilərlər. Çünki Böyük Britaniya 16 yaşdan yuxarı beynəlxalq tələbələrə akademik dövr ərzində həftədə 20 saata qədər işləməyə icazə verir. Bayram günlərində heç bir məhdudiyyət olmadan işləyə bilərsiniz.

Sizdə sadəcə Attestat’la, Bakalavr Diplomu ilə və eləcə də Magistratura diplomu ilə  İngiltərənin ən prestijli üniversitetlərində imtahansız şəkildə Bakalavr+Magistr+PHD təhsili almaq istəyirsinizsə Osmanlı Şirkətlər Qrupuna müraciət edəbilərsiniz.

050 981 15 45

050 858 01 00

050 807 57 37

Telefon nömrələrimizlə əlaqə saxlayabilərsiniz.