Gümüşhane universiteti

Gümüşhane universiteti

Rəsmi olaraq 2008-ci ildə yaradılan Gümüşhane Universiteti Türkiyənin Karadeniz bölgəsində olan Gümüşhane şəhərində yerləşir. Yarandığı gündən sürətlə inkişaf edən universitet müxtəlif fakültə, institut, kollec və peşə məktəbləri ilə təhsil imkanlarını genişləndirib. 15 ildən çoxdur ki, fəaliyyət göstərən Gümüşhane Universiteti yarandığı gündəndir müasir təhsil yanaşması və tədqiqata əsaslanan öyrənmə modeli ilə xeyli sayda peşəkar tələbələr yetişdirib. 

 

Gümüşhane Universiteti İspaniyanın iki aparıcı tədqiqat qurumu olan SCImago Araşdırma Qurumu və İspaniya Milli Tədqiqat Şurasının tərkibində fəaliyyət göstərən “Webometrics Ranking Web of World Universities” tərəfindən edilən qiymətləndirmələr dünyanın nüfuzlu universitetlərilə eyni bala sahib olub.  SCImago tərəfindən aparılan araşdırmada dünya üzrə 7026 tədqiqat müəssisəsi və universiteti araşdırılıb və Gümüşhane Universiteti onlar arasında 6458-ci yerdə qərarlaşıb. Xüsusilə, Gümüşhane 6-cı reytinq kateqoriyasında 3897 universitet arasında 622-ci yeri tutaraq akademik və tədqiqat göstəricilərində dünyanın bir çox universitetindən üstün olub. Bu üstünlüklə bərabər  SCImago-nun tədqiqat performansının qiymətləndirilməsində də 406-cı qlobal reytinqə nail olub.

Türkiyə daxilində isə 207 ali təhsil müəssisəsi arasında edilən qiymətləndirmədə Gümüşhane Universiteti yalnız 112 universitetin daxil ola bildiyi reytinq cədvəlin 97-ci yeri tutaraq ilk yüzlükdə öz yerini alıb. “Webometrics”in dünya universitetləri arasında reytinqində Gümüşhane Universiteti Türkiyənin 217 ali təhsil müəssisəsi arasında 96-cı yeri tutaraq milli uğura imza atıb. Dünya üzrə 30.000 universitet arasında aparılan qiymətləndirmədə universitet müxtəlif kateqoriyalar üzrə mühüm yerlər taparaq 3188-ci yerdə qərarlaşıb.

Azərbaycanlı tələbələr üçün Gümüşhane Universitetinin bakalavr proqramlarına qəbul şərtləri olduqca sadədir. Sadəcə, Osmanlı Şirkətlər Group-a müraəciət etməyiniz yetərlidir.

Gümüşhane Universitetindədə təhsil üçün hansı fakültələr var?

  • “Mühendislik ve Doğa Bilimleri Fakültesi”
  • “İktisadi ve İdari Bilimler Fakültesi”
  • “İletişim Fakültesi”
  • “İlahiyat Fakültesi”
  • “Edebiyat Fakültesi”
  • “Turizm Fakültesi”
  • “Sağlık Bilimleri Fakültesi”

Bu fakültələrin hər birində Azərbaycanlı tələbələr bakalavr tədris pilləsi üçün müraciət edib təhsil ala bilərlər.