Türkiyə universitetlərinə necə müraciət etməli?

Türkiyə universitetlərinə necə müraciət etməli?

Türkiyədə təhsil almaq artıq prestij məsələsidir. Gənclərin Türkiyədə oxumaq istəyi daha çoxdur. Çünki,  bu ölkənin təklif etdiyi təhsil proqramları, fərqli tədris metodikaları, tələbələri özünə çəkməyi bacarır.  Dünya universitetlərinin reytinq cədvəlində ilk 1000 arasında Türkiyənin 13 universiteti yer alır. Türkiyə həm də universitet tələbələrinin sayına görə Avropada birinci yeri tutur. Ölkənin 207 universitetində 8 milyona yaxın tələbə oxuyur. Onlara 60 minə yaxın fərqli proqram təklif edilir. Bütün universitetlərin yüksək səviyyədə təchiz olunmuş kampusları mövcuddur. Qeyd edək ki, Türkiyə universitetlərinin diplomları Avropa tanınan diplomlar arasındadır. 

  1. Türkiyə universitetlərinə necə müraciət etməli?

Türkiyədə bakalaviatura təhsili almaq istəyən xarici tələbələr tam orta təhsil attestatına malik olmalıdırlar. Onlar bu sənədlə istədikləri universitetə birbaşa müraciət edə bilərlər. Təhsilini magistratura və ya doktoranturanda davam etdirmək istəyən xarici vətəndaşlar da qəbul şərtlərini özləri müəyyən edən universitetlərə birbaşa müraciət edirlər. Türkiyə hökuməti sadəcə “Türkiye Bursları” təqaüd proqramı vasitəsilə xarici tələbələrin universitetlərə yerləşdirməsini həyata keçirir. 

2. Türkiyədə attestatla təhsil almağın şərtləri nələrdir? 

Türkiyədə attestatla oxumaq mümkündür. Bir çox dövlət və özəl universitetlər lisey diplomu, yəni attestatla da xarici tələbə qəbulu həyata keçirir. Burada attestat qiymətlərinin rolu böyükdür. Nə qədər yüksək bal toplasanız, nüfuzlu universitetlərin birindən müsbət cavab almaq şansınız da bir o qədər yüksək olur. 

3. “Türkiye Bursları” təqaüd proqramı 

Təhsildə yüksək nəticə göstərən tələbələrə əlavə təqaüd almaq imkanı verilir. “Türkiye Bursları” sayəsində siz Türkiyənin nüfuzlu universitetlərində tibb, mühəndislik, beynəlxalq münasibətlər, maliyyə, beynəlxalq ticarət, dizayn və arzuladığınız digər ixtisaslar üzrə təqaüdlə təhsil ala bilərsiz. 

4. Türkiyədə xarici tələbələrin hüquqi öhdəlikləri hansılardır?
Universitetə qəbul olan tələbələrə “Tələbə qəbul arayışı” göndərilir. Bu arayışı alan tələbələrə öz ölkələrindəki Türkiyə Konsulluğundan viza almalıdırlar (Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında viza rejimi olmur. Bu viza digər ölkələrdən Türkiyəyə gedən tələbələr üçündür).Tələbə vizası ala bilməyən tələbələr universitetdə qeydiyyatdan keçə bilməzlər. Xarici tələbələrin Türkiyədə təhsilə başlamaları üçün yaşamaq icazəsi almaqdır. Onlar yaşadıqları şəhərdə Miqrasiya İdarəsinə müraciət etməlidirlər. Bu müraciət 1 ay içində edilməlidir. İcazələr hər il yenilənməlidir. Səhhətində yarana biləcək problemlərlə bağlı müraciət edə bilmək üçün xarici tələbələr Türkiyədə tibbi sığorta paketi almalıdırlar. Əks halda sağlamlıqla bağlı problemləri tələbələr özləri həll etməli olacaqlar. 


5. Türkiyə universitetlərində təhsil haqqı nə qədərdir? 

Türkiyədə universitet qiymətləri onların məxsus olduğu kateqoriyaya görə müəyyənləşdirilir. Dövlət və gəliri hədəfləməyən özəl universitetlərdə təhsil haqqı məsələsinə fərqli münasibət var. Özəl universitetlərində bu məbləğə Himayəçilər Şurası qərar verir. Dövlət universitetlərində isə təhsil haqqının müəyyənləşdirilməsi fəaliyyətin növünə və müddətinə əsasən Nazirlər Kabineti tərəfindən aparılır.  Xarici tələbələr hər semestrin ödənişini dərsə başlamadan öncə etməlidir. İstər dövlət, istərsə də gəliri hədəfləməyən özəl universitetləri qəbul etdikləri tələbələrin bir qisminə təqaüd verməkdədir. Müxtəlif səbəblərdən verilən bu təqaüdləri tələbələr akademik materialın alınmasına və gündəlik xərclərinə sərf edə bilirlər.

Sizdə sadəcə Attestat’la, Bakalavr Diplomu ilə və eləcə də Magistratura diplomu ilə  Türkiyənin  ən prestijli üniversitetlərində imtahansız şəkildə Bakalavr+Magistr+PHD təhsili almaq istəyirsinizsə Osmanlı Şirkətlər Qrupuna müraciət edəbilərsiniz.

050 981 15 45

050 858 01 00

050 807 57 37

Telefon nömrələrimizlə əlaqə saxlayabilərsiniz.