İtaliyada təhsil xərcləri
İtaliyada Bakalavr və Magistratura Təhsili
Hər bir tələbə xaricdə təhsil almaq haqda qərar verdikdən sonra, universitet və ölkə haqqında araşdırma etməyə başlayır. Biz, Osmanlı Şirkətlər Qrupu olaraq, İtaliyada təhsil xərcləri, İtaliyada yaşayış xərcləri və bir çox digər məlumatlarla bağlı kiçik araşdırma təqdim edirik. İtaliyada təhsil xərcləri haqda əldə etdiyiniz bu məlumat, sizə İtaliyada magistratura təhsili və ya İtaliyada bakalavr təhsili almağa kömək olacaq. Xaricdə təhsil almaq istəyən bütün tələbələrə uğurlar arzulayırıq!
İtaliyada təhsil almaq istəyən tələbələrin nəzərinə çatdırırıq ki, İtaliyada bir neçə kateqoriyaya bölünən təxminən 100 universitet var:
- Dövlət universitetləri: Bunlar dövlət tərəfindən maliyyələşdirilən dövlət qurumlarıdır və İtaliyada üstünlük təşkil edirlər.
- Digər dövlət tərəfindən maliyyələşdirilən universitetlər: Dövlətdən daha çox əyalət tərəfindən maliyyələşdirilir.
- Özəl universitetlər: Dövlət tərəfindən maliyyələşdirilmir.
İtaliyada 137 digər ali təhsil müəssisəsini də tapa bilərsiniz. Bunlar müəyyən sektorlarda ixtisaslaşmış akademiyalardır. Buraya sənət, musiqi və rəqs kollecləri və həmçinin tədqiqata əsaslanan və texniki institutlar daxildir.
İtaliyada təhsil bir neçə ali təhsil səviyyəsinə bölünür. Bakalavr təhsilini başa vurmaq magistr təhsilinə və magistr dərəcəsi qazanmağa yol açır. İtaliyada bakalavr təhsilləri adətən 3 il, magistr təhsilləri isə 1-2 il davam edir. İtaliyada magistr təhsilinizi başa vurduqdan sonra ümumiyyətlə 3 akademik il davam edən bir doktorluq dərəcəsi qazana bilərsiniz.
İtaliyada bir çox beynəlxalq tələbənin özünü çox tez bir zamanda evindəki kimi hiss etməsi bəlkə də təəccüblü deyil. Bolonya Universiteti 1088-ci ildən bəri tələbələri qəbul edir. Minlərlə alimin məzun olduğu və dünyanın ən qədim universiteti olan bu universitetdə oxumaq şansını kim istəməz?
İtalyan universitetləri irsləri və reytinqləri ilə fəxr edirlər. Tor Vergata Roma Universiteti ingilis dilində tədris olunan ondan çox beynəlxalq dərəcə kursu təklif edir. 1982-ci ildə qurulan Tor Vergata, Avropanın ən yaxşı gənc universitetlərindən biri oldu, buna görə də gənclərin İtaliyada təhsil üçün ilk növbədə üz tutduqları universitetlərdən biridir. Universitet həmçinin yüksək tələbə məmnuniyyəti və məzunlarının ortalama iş nisbətlərinin yüksək olması ilə tanınır.
İtaliya eyni zamanda Milandakı nüfuzlu SDA Bocconi də daxil olmaqla Avropanın ən yaxşı biznes məktəblərinə ev sahibliyi edir. MBA proqramları tez-tez qlobal və Avropa reytinqlərində ən yüksək yerləri tutur və bir çox ən yaxşı biznes liderləri də məzunları arasındadır.
İtaliyada Tələbə Həyatı
İtaliyada təhsil barədə məlumat əldə etdikdən sonra, tələbələrin buradakı həyatı ilə də yaxından tanış ola bilərik. İtalyanların qonaqpərvər və mehriban olduqları hər kəsə məlumdur. Burada tez bir zamanda yeni yerli dostlar qazanacaqsınız. İngilis dilində təhsil alsanız belə, bu dil akademik kontekstdən kənarda geniş yayılmır. Ölkəyə gəlmədən öncə və burada qaldığınız müddətdə italyan dilində bəzi dərslər almaq sizə mütləq faydalı olacaqdır. Məzun olduqdan sonra İtaliyada qalmağa və işləməyə qərar vermisinizsə, bu xüsusilə doğru bir seçim olacaq.
Mədəni fəaliyyətlərə ənənəvi yerli festivallardan tutmuş böyük beynəlxalq idman tədbirlərinə qədər hər şey daxildir. İtalyan gecə həyatı, xüsusilə şəhərlərdə həmişə canlıdır. Yaz aylarında insanların əksəriyyəti dənizə və ya şəhərdən kənar yerlərə üz tutur. Unudulmaz və cazibədar İtaliya həyat keyfiyyətinin yüksəkliyi üçün hər bir tələbəyə xüsusi dəyər verir.
İtaliyada yaşayış xərcləri
İtaliyada təhsil öz yüksək keyfiyyəti ilə artıq hamımıza məlum oldu, bəs yaşam xərcləri? Roma və ya Milan kimi böyük şəhərlərdə ev və yaşayış xərcləri nisbətən yüksək ola bilsə də, kiçik şəhərlərdə yaşamaq daha ucuz və sərfəlidir. Ümumiyyətlə, ən bahalı şəhərlər: Roma, Milan, Bolonya; daha ucuz şəhərlər: Pisa, Padua və ya Turin sayılır.
Qeyd etmək lazımdır ki, daha böyük və nüfuzlu universitetlər yaşayış üçün bir yer tapmağınıza sizə kömək edəcək xidmətlər təklif edirlər. Buna universitetə məxsus mənzillər və ya uyğun xüsusi mənzil tapmaqda kömək göstərmək daxildir. İtaliyada icarə ən bahalı seçimdir, buna görə büdcə ayırdığınızdan əmin olmalısınız.
İtaliyadakı beynəlxalq tələbələr üçün ümumi yaşayış xərcləri ayda 700-1000 avro arasında dəyişir. Bu xərclərə yaşayış, yemək, ictimai nəqliyyat, yerli səyahət və / və ya əyləncə daxildir. Bu məbləğdən mənzil üçün ayda təxminən 300-600 avro arasında ödəməyi nəzərdə tutmalısınız, bu qiymət də tək və ya otaq yoldaşları ilə yaşamağınızdan asılı olaraq dəyişir.