Gürcüstanda Təhsil | Gürcüstan Universitetləri

Gürcüstanda Təhsil | Gürcüstan Universitetləri

Gürcüstanda təhsil almaq, Gürcüstan Universitetləri, Gürcüstan Universitetlərinə qəbul, Gürüstan xalqı, mətbəxi haqqında ətraflı məlumatları məqaləmizdən əldə edə bilərsiniz.

Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Türkiyə ilə həmsərhəddir. Paytaxt şəhəri Tiblis şəhəridir.
Gürcülər qonaqpərvər xalqdırlar. Onlara qonaq getdikdə heç vaxt küçədə ayaqqabınızı çıxarmayın. Bununla yanaşı evə girdikdə ayaqqabınızı çıxarıb ev ayaqqabısı istəsəniz ev sahibinin xətrinə dəyərsiniz. Bu onlar üçün hörmətsizlikdir. Gürcülər xəngəl və ət yeməklərini sevirlər. Deyilənə görə bu xalq ən yaxşı qurmandır. 
Gürcüstan haqqında əfsanələr çoxdur.
Əfsanəyə görə Tanrı Yer kürəsini yaradanda Gürcü xalqı orada iştirak edib.
Ölkəyə gedib Gürcüstan mətbəxinin dadına baxmamaq mümkün deyil. Dünyanın zəngin, eyni zamanda dadlı mətbəxinə malik xalqlardan biri də Gürcüstan xalqıdır. Ən məşhur yeməkləri bunlardır: "Qızıl balıq bozartması, Tsotsxalı, Şərab sosunda Kombala, Xəngəl, Lobio, Xaçapuri" və s.

Hər il dünyanın hər bir ölkəsindən minlərlə turistlər bu ölkəyə üz tutmasının əsas səbəbləri zəngin mətbəx, qədimi yerlərinin çoxluğu, eyni zamanda dünyanın ən gəzməli şəhərlər sırasında yer almasıdır.
Gürcüstanın ən məşhur gəzməli yerləri bunlardır: "Kükürdlü hamam", "Botanika bağı", "Kanat yolu", "Metexi məbədi", "Rastoveli prospekti"və s.

Gürcüstanda Təhsil
Dünyanın hər bir yerindən, hər il minlərlə əcnəbi  tələbə oxumaq üçün Gürcüstanı seçir. Bu ölkələr içində Azərbaycanlı tələbələr də ön sıralardadır.

üçün təhsil üçün məhz Gürcüstan?
1. Dövlət universitetlərinin təhsil haqqının münasib olması
2. Universitlərinin diplomu dünya ölkələrində tanınması
3. Təhsil ocaqlarında savadlı, öz sahəsinin peşakarı pedoqoqlarının olması
4. Universitetlərdə müasir texnoloji avadanlıqlarının olması
5. Tələbə rus, ingilis və ya başqa dildə təhsil ala bilməsi və s.

Bəs Gürcüstan Universitetlərinə qəbul prosesi necədir?
Bakalavr üçün:
Attestat (gürcü dilində tərcümə və təsdiq)
Xarici pasport
Foto şəkil(3x4)
Şəxsiyyət vəsiqəsinin sürəti
Doğum haqqında şəhadətnamə (gürcü dilində tərcümə, təsdiq)

Magistr üçün:
Bakalavr dərəcəsinin diplomu
Transkript - qiymət cədvəli (gürcü dilində tərcümə, təsdiq)
Doğum haqqında şəhadətnamənin sürəti
Xarici Pasport

Gürcüstanın ən reytingli top 10 universitetləri:
1. Tiblis Dövlət Universiteti
2. İlia Dövlət Universiteti
3. Gürcü Texnik Universiteti
4. Tiblis Açıq Universiteti
5. Gori Universiteti
6. Gürcüstan Dövlət Tibb Univetsiteti
7. Qafqaz Beynalxaq Universiteti
8. Tiblis Müstəqil Universiteti
9. BAU Beynalxaq Universiteti
10. Sokhumi Dövlət Universiteti