Estoniyada təhsil sistemi
Keyfiyyətli təhsil, təhlükəsiz şərait, büdcəyə uyğun yaşam şəraiti axtaran tələbələr öz ölkələrindən xaricə, tanınmış və universitetlərə ali təhsil almaq üçün üz tuturlar. Bir çox tələbələrin, o cümlədən Azərbaycanlı gənclərin universitet seçimlərində Estoniya əsas mövqeyə malikdir. Tibb, texnologiya, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə mövcud ixtisas proqramları öz keyfiyyətinə və elmi-metodiki statusunua görə xarici tələbələrin diqqətini Estoniya universitetlərinə cəlb edir.
Estoniya Baltik dənizinin sahilində yerləşən Şimal-şərqi Avropa dövlətidir. 1991-ci ildə Estoniya SSRİ-nin tərkibindən çıxandan sonra BMT-nin üzvü oldu. Qısa zamanda iqtisadi inkişaf cəhətdən böyük irəliləyişlər əldə etdi. Ölkədə digər Avropa ölkələrinə nisbətən xaricdən gələn insanlar əhalinin böyük hissəsini təşkil edir. Ölkənin yalnız üçdə ikisi etnik estonlardan ibarətdir. Eston dili, ölkənin dövlət dilidir. Əlavə olaraq, əhalinin dörddə biri rus dilində danışır. Ölkənin pul vahidi avrodur.
Estoniyada tehsil
Eston təhsil sistemi dörd səviyyəli sistemə əsaslanır, məktəbəqədər, ibtidai, orta və ali təhsil. Akademik təhsil 3 pillədən: bakalavr, magistr və doktoranturadan ibarətdir. Hər il Estoniya universitetlərinə gələn xarici tələbələrin sayı durmadan artır. Universitetlər xarici tələbələrə müasir əmək bazarının tələblərinə uyğun nəzəri və praktiki əsaslı təhsil verir. Təhsil ödənişləri Estoniyada, bakalavr və magistr təhsili üçün 1000-7500 avro arası dəyişir. Ən bahalı ixtisas proqramları tibb, hüquq, biznesin idarə edilməsi və sosial elmlərdir. Estoniyada doktorantura təhsili üzrə bütün ixtisaslar ödənişsizdir. Estoniya universitetləri xarici tələbələrə müasir unikal sahələr üzrə ixtisaslar təklif edir: kibertəhlükəsizlik, elektron hökumət texnologiyaları və xidmətləri, rəqəmsal öyrənmə texnologiyaları və s. buna misaldır. Texnologiya o qədər inkişaf etmişdir ki, Estoniya əhalisi elektron cəmiyyətə çevrilmişdir., yəni hökümət-əhali münasibətləri, dövlət xidmətlərinin yerinə yetirilməsi, bütün ödənişlər elektron formada həyata keçirilir. Hətta, dünya üzrə ən çox istifadə olunan onlayn ünsiyyət platforması “SKYPE” estonlar tərəfindən yaradılmışdır.
Estoniya universitetləri
• Estoniya Biznes Universiteti
• Telinn Texnologiya Universiteti
• Estoniya Tartu Universiteti
• Estoniya Tədbiqi Elmlər Universiteti
• Estoniya Həyat Elmləri Universiteti
• Estoniya Dəniz Akademiyası
• Nord Universiteti
• İqtisadiyyat və İdarəetmə Universiteti
Estoniyada təqaüdlə təhsil
Estoniya Aİ-nin üzvü olsada kiçik ölkədir. Ölkənin kiçik olmasına baxmayaraq təqaüd imkanları genişdir. Ölkədə təqaüd imkanları aşağıdakılardır:
1. Dora Plus Təqaüdü
Bu təqaüd hökümət tərəfindən xarici tələbələr üçün nəzərdə tutub. Təqaüd 350 avrodur.
2. Estoniya İnkişaf Əməkdaşlıq Təqaüdü
Bu təqaüd “Services” magistr proqramı üçün nəzərdə tutulub.
3. Nəaliyyət Təqaüdü
Bu təqaüd smestr nəticəsi yaxşı olan tələbəyə smestr müddətində verilir. Təqaüd həm bakalavr, həm də magistr tələbələrinə nəzərdə tutulub.
Estoniyada təhsil alan xarici tələbələr istəkdən asılı olaraq yataqxanalarda yaxud kirayə evlərdə qala bilərlər. Yataqxanaların qiyməti 110-120 avro arası dəyişir. Tələbə yaşayacaq yer kimi yataqxananı seçərək 350 avro ilə aylıq xərclərini qarşılaya bilər. Orta hesabla 300-500 avro ilə bir tələbə aylıq yaşam xərclərini ödəmə imkanında olur.
Estoniya tehsil vizasi
Ölkə Aİ-nın üzvüdür və Şengen vizası tələb edir. Bütün Şengen ölkələri ilə tələbləri eynidir.
Ölkənin Estoniya səfirliyinə müraciət edərək qəbul olduğunuz Estoniya universitetinin sizi çağırdığına dair sənəd göstərməklə ərizə yazaraq müraciət edə bilərsiniz. Ərizədə Estoniyaya niyə daxil olmaq istədiyinizə dair ətraflı qeyd etməlisiniz. Estoniyadakı beynəlxalq tələbələrə etibarlı yaşayış icazəsi olması şərti ilə təhsil alarkən işləməyə icazə verilir.
Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir.
Estoniyada bakalavr təhsili Bakalavriatura və magistratura səviyyəsində təhsilin müddəti ümumilikdə 5 ildir. Ali peşə və bakalavr təhsili proqramını başa vuran tələbələr magistratura səviyyəsində təhsillərini davam etdirə bilərlər.
Estoniyada təhsil almaq üçün hansı sənədlər tələb olunur?
- ✓ Ümumvətəndaşlıq pasportunun kopyası
- ✓ Bitirdiyiniz universitetdən bakalavr diplomu
- ✓ Universitetdən verilən və fənn qiymətlərinizi göstərən akademik transkriptin kopyası
- ✓ İngilis dili biliyinizi göstərən IELTS sertifikatı: minimum 5.5 dərəcə yaxud TOEFL IBT(internet-based test): mimimum 72 dərəcə
- ✓ Rekomendasiya məktubu
- ✓ Motivasiya məktubu və s
Niyə Estoniyada təhsil almalıyam?
• ✓ Yüksək keyfiyyətli və müasir tədris metodlarıyla təhsil almaq imkanınız var.
• ✓ Xarici tələbələr üçün çoxsaylı və əldə edilməsi çətin olmayan təqaüd proqramları mövcuddur. Əgər tam təqaüd proqramına qoşulsanız, Estoniyada pulsuz təhsil almaq üçün şans qazanırsınız.
• ✓ Universitetlər 150-dən çox İngiliscə ixtisaslar təklif edir. Zəngin ixtisas bazasından istədiyinizi seçə bilərsiniz.
• ✓ Yaşam xərcləri və təhsil ödənişləri cibinizə uyğun qiymətədir.
• ✓ Tələbələr oxuduqları müddətdə part-time işləyərək yaşam xərclərinin bir hissəsini qarşılaya bilərlər. Hətta universiteti bitirdikdən sonra xarici tələbələrin burada qalıb iş axtarmaları üçün 6 ay vaxt verillir.
• ✓ Estoniya universitet diplomları beynəlxalq arenada tanınır və seçilir.
• ✓ Zəngin və maraqlı tələbə həyatının bir hissəsinə çevriləcəksiniz.
• ✓ Estoniya yaşamaq, təhsil almaq və səyahət etmək üçün ən təhlükəsiz dövlətlərdən sayılır.
• ✓ Yerli xalq oxumağı, rəqs etməyi, qaynayıb-qarışmağı çox sevir. Estoniyada oxuyarkən əhaliylə rahatca ünsiyyət quracaq, özünüzü “evinizdəki kimi” hiss edəcək və əyləncəli vaxt keçirəcəksiniz.
Sizdə sadəcə Attestat’la, Bakalavr Diplomu ilə və eləcə də Magistratura diplomu ilə Estoniyanın n ən prestijli üniversitetlərində imtahansız şəkildə Bakalavr+Magistr+PHD təhsili almaq istəyirsinizsə Osmanlı Şirkətlər Qrupuna müraciət edəbilərsiniz.
050 981 15 45
050 858 01 00
050 807 57 37
Telefon nömrələrimizlə əlaqə saxlayabilərsiniz.